Bakıda keçiriləcək dünya çempionatı təxirə salındı

Bakıda keçiriləcək dünya çempionatı təxirə salındı

Bakıda keçirilməli olan aerobika üzrə dünya çempionatı təxirə salınıb.

Sport7.az xəbər verir ki, bu haqda Beynəlxalq Gimnastika Federasiyasının rəsmi saytı məlumat yayıb. Sayca 16-cı olan mundialın 14-16 mayda keçirilməsi nəzərdə tutulsa da bu baş verməyəcək. Eyni zamanda yaş qrupları üzrə dünya turniri də planlaşdırıldığı tarixdə (8-10 may) keçirilməyəcək. Səbəb kimi koronavirus pandemiyasının belə tədbirləri daha yaxşı şəraitdə keçirməyə böyük maneçiliklər yaratması göstərilib.

O da bildirilir ki, hazırda FIG Azərbaycan Gimnastika Federasiyası ilə bu yarışların təşkilinin yenidən planlaşdırılması üçün uyğun variant axtarır.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR