Bakıda keçiriləcək turnirin proqramı açıqlandı

Bakıda keçiriləcək turnirin proqramı açıqlandı

12 - 14 martda Bakıda keçiriləcək Karate-1 Premyer Liqa turnirinin proqramı açıqlanıb.

Sport7.az xəbər verir ki, bu haqda Dünya Karate Federasiyasının rəsmi saytı məlumat yayıb. Kişilərin mübarizəsində 60, 67, 75, 84 və 84+ kq çəki dərəcələrində qaliblər müəyyənləşəcək.

Qadınlar isə 50, 55, 61, 68 və 68+ kq çəkilərində yarışacaqlar. Kata, kumite və hər iki növdəki komanda yarışlarında qızıl medal qazananlar 750 avro əldə edəcəklər.

Gümüş medalçılar 500 avro, üçüncü yerin sahibləri isə 200 avro alacaq.

Bakı Kristal Zalında təşkil ediləcək yarışa dünyanın ən güclü karateçilərinin qatılacağı gözlənilir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR