"Bakıda penaltimizi vermədilər" - "Şerif"in baş məşqçisi

Sabah keçiriləcək "Şerif" - "Qarabağ" qarşılaşmasından əvvəl rəqib komandanın baş məşqçisi Roberto Bordin mətbuat konfransı keçirib.

Sport7.az
xəbər verir ki, "Şerif"in çalışdırıcısı doğma meydanda azarkeşlərin köməyinə ümid bəslədiklərini dilə gətirib:

"Sabah bizi vacib oyun gözləyir. Yeni tarix yaza bilərik. Səfərdə 0:0 hesabı bizim üçün əla fürsətdi. İnanıram ki, azarkeşlərimiz tribunaları dolduracaq və sonra qədər bizi dəstəkləyəcəklər.

Rəqibin səviyyəsi məlumadu. Topla yaxşı oynayan, səviyyəli futbolçulardan qurulmuş komandadı. Amma biz də iddialıyıq, özümüzə inanırıq.

Bakıda yaxşı oynadıq, qol imkanlarımız oldu. İlk dəqiqələrdə penaltimizi vermədilər. Sabah da qol vəziyyətlərimiz olacaq və onları dəyərləndirməyə çalışacağıq".

Sport7.az

Xəbər lenti