Bakıda peşəkar boks üzrə beynəlxalq turnir keçirilir

Bakıda peşəkar boks üzrə beynəlxalq turnir keçirilir
Mayın 4-də Bakı İdman Sarayında peşəkar boks üzrə beynəlxalq turnirə start verilib.

Sport7.az xəbər verir ki, turnirdə Azərbaycan, Rusiya, Argentina, Avstriya, Gürcüstan və Ukraynanı təmsil edən peşəkar boksçular qələbə uğrunda mübarizə aparırlar. Turnirdə boksçular dörd titulun çempionluq kəmərləri uğrunda yarışırlar.

Beş ölkədən 16 boksçu "WBC Youth”, "IBF International”, "WBA Continental” və "WBA Inter-Continental” kateqoriyaları üzrə çempionluq uğrunda qarşılaşırlar. Gecənin əsas qarşılaşmasında azərbaycanlı Ramil Hacıyev "WBC Youth” versiyası üzrə dünya çempionu kəməri uğrunda argentinalı boksçu, dünya reytinqində ilk 100 sırada olan Mateo Veron ilə üz-üzə gələcək.

Həmçinin rusiyalı Həsən və Hüseyn Baysanqurov qardaşları titullu rəqibləri ilə ən məşhur beynəlxalq versiyalar - WBA və IBF üzrə üç titul uğrunda döyüşəcəklər. Həsən "WBA Continental” versiyası üzrə çempion kəmərini Argentina təmsilçisi Quido Pitodan almağa çalışacaq. Onun böyük qardaşı Hüseyn isə özünün "IBF International” və "WBA Inter-Continental” versiyası üzrə çempionluq kəmərini müdafiə etmək üçün argentinalı Antonio Villalobos ilə döyüşəcək.

Bu döyüşlərdən əlavə daha 5 maraqlı qarşılaşma keçiriləcək. Belə ki, boksçumuz Ramil Hacıyev argentinalı Mateo Damian Veronla, rusiyalı Şamil Qalayev Gürcüstan təmsilçisi Teymuraz Abuladze ilə, Ukrayna boksçusu Ruslan Şexelev Sando Jajanizde (Gürcüstan) ilə, avstriyalı Joxar Amaev Ukrayna idmançısı Volodimir Ramanenko ilə, Rauf Ağayev Elvin Qarayevlə, Vahid Abbasov isə ukraynalı Roman Zinçenko üz-üzə gələcək.
 
Sport7.az

Xəbər lenti