"Bakıda xal qazanmaq..." - Slovakiyanın müdafiəçisi

"Qrupda inkişafa nail olmaq istəyiriksə, müntəzəm xallar toplamalıyıq. Bakıda xal qazanmaq bizim üçün həddən artıq vacib olacaq. Əks halda, baş məşqçimiz Pavel Hapalın da dediyi kimi, növbəti mərhələyə yüksəlmək sarıdan çoxlu çətinliklə üzləşərik".

Sport7.az xəbər verir ki, bunu Slovakiya milli komandasının futbolçusu Peter Pekarik bu gün Azərbaycan yığması ilə keçirəcəkləri AVRO-2020-nin seçmə qrup matçından əvvəl deyib. 

"Profutbol.sk"ya danışan "Herta"nın 33 yaşlı müdafiəçisi sözlərinə belə davam edib "Belə hazırlıq üslubunu hələ martda Uels yığması bizimlə matçdan öncə seçmişdi. Həmin vaxt yoldaşlıq görüşündə Trinidad və Tobaqoya 1:0 hesabı ilə qalib gəldikdən sonra britaniyalılar bizi də eyni nəticə ilə yenmişdi. Baxmayaraq ki, onlar rəsmi oyuna tam fərqli heyətlə çıxmışdılar. Bu dəfə isə baş məşqçimiz hər şeyi düşünüb. O, İordaniya ilə görüşdə yeni oyunçulara şans vermişdi".

Qeyd edək ki, "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Slovakiya görüşü saat 20:00-da başlanacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR