Bakıdan 3 azarkeş Gürcüstan - Almaniya matçı üçün Tbilisidə - FOTOLAR

Bakıdan 3 azarkeş Gürcüstan - Almaniya matçı üçün Tbilisidə - FOTOLAR
Bu gün səhər saatlarında Azərbaycandan 3 fanat Tbilisiyə gəlib.

Sport7.az-ın Gürcüstanda olan əməkdaşının verdiyi xəbərə görə, "İnter" fanklubunun bölmə rəhbərləri - Əhməd Manafov, Elnur Yusifov, eləcə də "Bavariya"nın Bakıdakı rəsmi fanklubunun üzvü Vitali Moos Gürcüstan - Almaniya görüşünü izləmək üçün Tbilisiyə səfər ediblər.

İlk 2 şəxs Kaxaber Tsxadadzenin baş məşqçisi olduğu Gürcüstan millisinə, digər tərəfdar isə Almaniya millisinə azarkeşlik edəcəklər. Yeri gəlmişkən, hər 3 şəxs artıq biletlərini əldə edib. "İnter" fanklubunun üzvlərinə biletləri şəxsən Gürcüstan millisinin hücumçusu Baçana Tsxadadze təqdim edib.

Qeyd edək ki, bu oyun yerli vaxtla saat 20:00-da, Bakı vaxtı ilə 21:00-da başlayacaq.

Sport7.az 



 

Xəbər lenti