"Bakı"nın bazasındakı problem yoluna qoyuldu

Son vaxtlar "Bakı"nın bazasında yenə problemlər yaranıb.
 
Daha doğrusu əldə etdiyimiz məlumata görə Vergilər Nazirliyi sözügedən stadionda məşq keçilməsinə qadağa qoyub. Məsələ burasındadı ki, orda məşq etmək istəyənlərdən biri də "Qəbələ"di. Yəni, sözügedən qadağaya görə "Qəbələ"nin də o bazada məşq etməsi sual altına düşüb. Bu üzdən komanda məşqlərni keçmək üçün stadion tapa bilmir.

Məsələ ilə bağlı son durumun nə yerdə olduğunu öyrənmək üçün "Bakı"nın icraçı direktoru Yaşar Seyidovla danışdıq. Yaşar bəy Sport7.az-a açıqlamasında bunları söylədi: "Stadionda texniki məsələlərlə bağlı problemlər yaranmışdı. Stadionun qurğularında problemlər vardı. Hamısını yoluna qoyduq. Artıq bu gündən məşqlər bərpa olunub. "Qəbələ" də də bugündən məşqlərə başlayacaq. Hələ ki, başqa komandalar müraciət etməyib məşq üçün".

"Qəbələ"nin rəisi Səbuhi Səfiyarlı da problemin yoluna qoyulduğunu bildirdi: "Heç bir problem yoxdu. "Bakı"nın bazasında məşq edəcəyik. Bizə bildirmişdilər ki, 2-3 gün bağlı olacaq. Onsuz da bir gün oyun keçirdik, bir gün istirahət bir gün isə bərpa məşqləri oldu. Bugündən yenidən "Bakı"nın bazasında məşqlərə başlayacağıq".

Sport7.az

Xəbər lenti