“Bakı”nın futbolçusu faciəli şəkildə öldü – FOTO

“Bakı”nın futbolçusu faciəli şəkildə öldü – FOTO
Dəm qazı yenidən can aldı.

Sport7.azxəbər verir ki, "mavi ölüm”ün bu dəfəki qurbanı "Bakı”nın sabiq futbolçusu olub.
 
1986-cı il təvəllüdlü Söyləməz Mustafa Kamal kirayə qaldığı mənzildə dəm qazından boğularaq ölüb. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsinə aparılıb. 

İlkin araşdırmalar zamanı məlum olub ki, Azərbaycan vətəndaşı olan türk otaqda qaz sobasının sönməsi nəticəsində boğularaq ölüb. Qeyd edək ki, hadisə vaxtı 32 yaşlı türk evdə tək olub.
 


Faktla bağlı Yasamal rayon prokurorluğunda araşdırmalara başlanılıb. Dünyasını dəyişən Söyləməz Mustafa Kamalın meyiti basdırılmaq üçün Türkiyə Respublikasına göndəriləcək.

Qeyd edək ki, Mustafa Kamal müxtəlif illərdə "Bakı”nın heyətində çıxış edib.
 


Sport7.az
 
 

Xəbər lenti