"Bakı"nın futbolçusu: "Rusiya Premyer Liqası klubu xidmətimdə maraqlıdır" - MÜSAHİBƏ

 
"Bakı"nın yarımmüdafiəçisi Rəhman Hacıyev Türkiyənin "Qaziantep BB" klubu ilə yollarını ayırmasının səbəblərini azerisport.com saytına müsahibəsində açıqlayıb. Sport7.az həmin müsahibəni təqdim edir.

- "Qaziantep BB" ilə yollarınızı ayırmağınıza səbəb nə oldu?
- Mən bu komandaya gedəndə orada başqa rəhbərlik, başqa məşqçilər korpusu var idi. Həmin dövrdə mütəmadi oynayırdım. Amma həm rəhbərlikdə, həm də məşqçilər korpusunda dəyişiklik ediləndən sonra mənim üçün hər şey pisə doğru dəyişdi. Mənə şans vermək istəmədilər. Bu komandaya Premyer Liqa klubundan keçdiyim halda, orada ümumiyyətlə heyətə düşə bilmirdim. Bununla da barışa bilməzdim.

- Klub özü sizinlə yollarını ayırmaq istədi?
- Xeyr. Mən məşqçilərə yaxınlaşdım və bildirdim ki, artıq bu klubda oynamaq istəmirəm. Nəticədə, icarə müqaviləsi qarşılıqlı razılıq əsasında pozuldu.

- Bundan sonrakı planlarınız necə olacaq?
- Hələlik, istirahət edirəm. Yaxın günlərdə gələcək karyeramla bağlı qərarımı verəcəyəm. Bircə onu bilirəm ki, ölkəyə qayıtmaq, Azərbaycanda oynamaq haqda düşünmürəm. Mətbuatda məlumat yayılıb ki, "Neftçi"yə keçməyə hazırlaşıram. Amma belə deyil. Mənim elə bir planım yoxdur.

- Elə isə karyeranızı harda davam etdirəcəksiniz?
- Türkiyə və Rusiyadan təkliflər var. Rusiya Premyer Liqasında çıxış edən bir klub mənim xidmətimdə daha çox maraqlıdır. Hələlik, adını açıqlamaq istəmirəm. İki ölkə arasında seçim etməyə çalışıram.

- "Bakı"nın oyunçusu olduğunuzu nəzərə alsaq, paytaxt klubu sizə problem yaratmayacaq?
- Bu klubdakı vəziyyət hər kəsə bəllidir. Fikrimcə, problem olmayacaq. Klub özü də yetirməsinin ölkə xaricində oynamasında maraqlı olmalıdır. "Bakı"nın məni saxlamasının mənası yoxdur. Əksinə, onlardan dəstək gözləyirəm.

- "Neftçi"yə keçməkdə maraqlı deyilsiniz?
- Bu, mənim üçün böyük şərəf olardı. Gələcəkdə bu komandada da oynamaq istərdim. Türkiyədə olarkən hər oyununu izləmişəm. Amma indi xaricdə oynamaq istəyirəm.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR