Bakıya İspaniyadan hakimlər gəlir

Bakıya İspaniyadan hakimlər gəlir
Xəbər verdiyimiz kimi, futzal üzrə Avropa cempionatının əsas seçmə mərhələsinin  IV qrupunun oyunları Bakıda keciriləcək.

Sport7.az xəbər verir ki, Bakıda keçiriləcək oyunlara təyinat almış rəsmilər müəyyənləşib:

UEFA nümayəndəsi Ferents Raqadiç (Macarıstan), hakim-inspektor Andrea Lastruççi (İtaliya) olacaq. Paytaxtımızda hakim funksiyalarını isə İspaniyadan Fernando Qutierres Lumbreas, Fransisko Miqel Pena Dias, Finlandiyadan Timo Onatsu və Slovakiyadan Lukaş Peşko yerinə yetirəcək.

18 mart
18:30 Ukrayna – Danimarka
21:00 Azərbaycan – Belçika           
 
19 mart
18:30 Belçika – Ukrayna
21:00 Azərbaycan – Danimarka
 
21 mart
19:00 Danimarka – Belçika
21:30 Ukrayna – Azərbaycan
 
Oyunlar Sərhədçi İdman Olimpiya Mərkəzində keçiriləcək.

Xəbər lenti