Balotellinin yeni klubu müəyyənləşib

Balotellinin yeni klubu müəyyənləşib
"Nitsa"da forma geyən İtaliya yığmasının üzvü Mario balotelli "Marsel"lə anlaşıb.

Sport7.az xəbər verir ki, 27 yaşlı futbolçu və onun meneceri Mina Rayola "Marsel"lə razılaşıblar, amma fransız klubunun bu transferi tamamlaya bilməsi üçün iyunun 19-da maliyyə yoxlamasından keçməlidi.

Balotellinin adı bir müddət öncə "Qalatasaray"la hallansa da "sarı-qırmızılar" bunun yalan olduğunu bildirmişdi. 

"Supermario" ləqəbli futbolçu ötən mövsüm "Nitsa"da meydana çıxdığı 38 matçda 26 qola imza atmışdı.

Sport7.az

Xəbər lenti