Baqali Dabo "Neftçi"də - RƏSMİ

Baqali Dabo
"Neftçi” növbəti transferini reallaşdırıb.
 
Sport7.az xəbər verir ki, paytaxt klubu "Qəbələ"nin hücumçusu Baqali Dabo ilə müqavilə imzalayıb. Fransız futbolçu 2 il "Neftçi”nin uğurları üçün mübarizə aparacaq. 29 yaşlı legionerin forma nömrəsi də müəyyənləşib. Belə ki, o 9 nömrəli formanı geyinəcək.

Fransanın "İvri”, "Kretey”, "İstr” komandalarında çıxış etmiş Baqali Dabo ötən mövsüm "Qəbələ”nin heyətində 27 oyunda 13 qol vurmaqla Premyer Liqanın ən yaxşı bombardiri olub.

"Neftçi” bundan öncə cinah müdafiəçisi Tural Axundov, xorvatiyalı mərkəz müdafiəçisi Slavko Braliç, yarımmüdafiəçi Rəşad Eyubov və braziliyalı hücumçu Dario Frederikonun keçidini rəsmiləşdirib. Komandamızın transfer çalışmaları davam edir.
 
Sport7.az

Xəbər lenti