"Barsa" - "Napoli" matçı azarkeşsiz oynanılacaq

Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşü çərçivəsində keçiriləcək "Barselona” - "Napoli” matçı da koronavirus səbəbindən azarkeşsiz oynanılacaq.  

Sport7.az xəbər verir ki, bu haqda "AS" nəşri yazıb. Məlumata görə bununla bağlı qərar klub nümayəndələri və yerli hakimiyyət orqanlarının Kataloniyanın idman və səhiyyə nazirliyindəki görüşüdə qəbul olunub.

Bununla da "Barselona”nın ev oyunu tarixdə ikinci dəfə azarkeşsiz oynanılacaq. İlk belə hal 2017-ci ilin 1 oktyabrında yaşanıb. Həmin vaxt Kataloniyanın müstəqilliyi ilə bağlı referendumdan sonra yaşanan iğtişaşlar səbəbindən "Barsa” "Las Palmas”ı boş tribunalar önündə qəbul etmişdi.
 
İtaliya Çindən sonra dünyada koronavirusun ən çox yayıldığı ikinci ölkədir. Burada 9 min insan xəstəliyə yoluxub. İspaniyada isə koronavirus 1200 nəfərdə
aşkarlanıb.
 
Matç martın 19-da Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. UEFA daha öncə bir neçə qarşılaşmanın azarkeşsiz keçiriləcəyini açıqlayıb. 
 
Sport7.az

 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR