"Barsa" prezidentliyinə 4 namizəddən razılıq alınacaq - bu futbolçuya görə

"Barselona” "Mançester Siti”nin müdafiəçisi Erik Qarsiyanın keçidi üçün mövsümün sonunu gözləmək niyyətində deyil.

Sport7.az xəbər verir ki, katalon klubu yetirməsinin qış transfer dönəmində qayıtması üçün qarşı tərəflə danışıqları bərpa edib.

Həmçinin İngiltərə klubu da artıq əvvəlki kimi 15 milyon avroluq təzminat tələb etmir. "Şəhərlilər” 5+5 milyon avroluq şərtlə 20 yaşlı mərkəz müdafiəçisini satmağa qarşı deyil. "Barselona” yarımmüdafiəçisi Karles Alenanı "Xetafe”yə icarəyə verdiyindən, əlavə maaş üçün yer açıb. Kataloniyalıların müvəqqəti rəhbəri Karles Tuskets prezidentliyə namizəd olan 4 iddiaçının da razılığını aldıqdan sonra keçidi tamamlamağa çalışacaq.

"Barselona” akademiyasının yetirməsi olan Erik Qarsiya "Mançester Siti”yə 2017-ci ildə keçib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR