"Barsa"nın futbolçuları rəhbərliyin görüş təklifini rədd etdi

"Barselona"nın futbolçuları rəhbərliyin maaşların azaldılması ilə bağlı növbəti təklifini geri çevirib.

Sport7.az xəbər verir ki, bu haqda "Marca" yazıb. Klub rəsmiləri ilə görüşdən imtina edən oyunçular yeni müqavilə şərtləri ilə razılaşmayacaqlarını bildiriblər. Onlar komanda adından rəhbərliyə göndərilən məktubda öz hüquqlarının pozulmasına dözmək niyyətində olmadıqlarını vurğulayıblar.

Hətta Jerar Pike, Mark-Andre ter Ştegen, Kleman Lanqle və Frenki de Yonq kimi futbolçuların bu təklifə razılıq vermələri də digər futbolçuları fikrindən daşındırmayıb.

Koronavirus pandemiyası səbəbindən 2019/2020 mövsümündə 97 milyon avro itirən "Barselona" zərəri futbolçuların maaşlarını azaldaraq, kompensasiya etmək istəyir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR