"Barsa"nın ulduzuna yarım illik cəza

"Barselona"nın ulduz futbolçusu Neymar 6 ay müddətinə futboldan uzaqlaşdırıla bilər. Sport7.az xəbər verir ki, belə tələblə Braziliyanın "Santos" klubu çıxış edib.

Məsələ burasındadıı ki, 2013-cü ildə "Santos"dan İspaniya klubuna keçən "sambaçı" müqavilədə göstərilən şərtlərə əməl etmir. Ki, bu durum da Braziliya klubunun narazılığına səbəb olub. Bunun nəticəsində də futbolçudan FİFA-ya şikayət edilib. Şikayətə əsasən, futbolçudan 50 milyon avro tələb olunur.

Qeyd edək ki, Neymar "Santos"dan "Barsa"ya 86 milyon qarşılığında transfer olunmuşdu.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR