"Barselona" 120 milyonluq transferə hazırlaşır

"Atletiko" Antuan Qrizmannın mövsümün sonunda komandanı tərk edəcəyini bəyan edib.

Fransız futbolçunun növbəti iş yerinin "Barselona" olacağı gözlənilir. İyul ayının 1-dən sonra Qrizmannın müqaviləsində göstərilən sərbəst qalma məbləği 200 milyon avrodan 120 milyon avroya qədər düşəcək.

"Barselona" sözügedən məbləğ qarşılığında hücumçunu heyətinə qatacaq. Qrizmannın sabiq klubu "Real Sosyedad" transferdən 24 milyon avro (20%) qazanacaq.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR