"Barselona" 19 yaşlı futbolçunu transfer etdi

"Barselona" Braziliya təmsilçisi "San Paulu"nun futbolçusu Qustavo Mayyanı transfer edib.

Sport7.az xəbər verir ki, bu haqda klubun rəsmi saytı məlumat yayıb. 19 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalanacaq. Kataloniyalıların 4,5 milyon avro qarşılığında heyətinə qatdığı gənc forvard hələlik B komandasında çıxış edəcək. La Liqa təmsilçisinin yeni transferinə 300 milyon avro təzminat qiyməti qoyacağı gözlənilir.

Mayya Braziliyanın U-16 və U-17 yığmalarının da formasını geyinib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR