"Barselona" 35 milyon avroya hücumçu alır

"Barselona" və "Real Sosyedad" arasında Villian Jozenin transferi ilə bağlı prinsipial razılıq əldə olunub.

Bu barədə RTVE məlumat yayıb. Keçid 35 milyon avro dəyərində qiymətləndirilir. Hələlik klublar xəbəri təsdiqləməyiblər.

Joze daha əvvəl "Las Palmas"da Kike Setyenin rəhbərliyi altında oynayıb. Cari La Liqa mövsümündə 22 matçda meydana çıxan braziliyalı futbolçunun aktivində 8 qol var.
 
Qeyd edək ki, Usman Dembele və Luis Suaresin uzun müddətə sıradan çıxması səbəbindən "Barselona"ya transfer icazəsi verilib.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR