"Barselona" 60 milyonluq təklifi rədd etdi

"Barselona" Françisko Trinkonu satmaqdan imtina edib.

Sport7.az xəbər verir ki, La Liqa təmsilçisi portuqaliyalı yarımmüdafiəçi üçün gələn 60 milyon avroluq təklifi geri çevirib. Bunu futbolçunun meneceri Jorje Mendeş açıqlayıb. O İngiltərə Premyer Liqa klublarından biri Trinkan üçün 60 milyon avro təklif etsə də, "Barselona” futbolçunu bu qiymətə satmağa razılaşmadığını bildirib.

"Braqa”dan 31 milyon avroya transfer olunan yarımmüdafiəçi yanvarda bağladığı 5 illik müqaviləyə əsasən bu ilin yayından "Barselona”nın futbolçusu olub. O, Kataloniya təmsilçisinə mövsümlərarası fasilədə qoşulmalıdır.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR