"Barselona" "Arsenal"ı məğlub edib, Qamper kubokunu qazandı (VİDEO)

Ənənəvi Joan Qamper kubokunun növbəti qalibi müəyyənləşib.

"Kamp Nou" stadionunda keçirilən matçda "Barselona" və "Arsenal" qarşılaşıb. Oyunda hesabı 36-cı dəqiqədə Pyer-Emerik Obameyanq açıb. İkinci hissənin ortalarında "Barselona" bərabərlik qoluna imza atıb. Meytlend-Nayls avtoqol müəllifi olub. 90-cı dəqiqədə isə Luis Suares yekun hesabı müəyyənləşdirib. "Arsenal"ı 2:1 məğlub edən "Barsa" Joan Qamper kubokunun qalibi olub.


Joan Qamper kuboku

"Barselona" - "Arsenal" - 2:1

Qollar: Meytlend-Nayls (69 - avtoqol), Suares (90) - Obameyanq (36)


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR