"Barselona" "Ayaks"dan 20 yaşlı müdafiəçini transfer etdi

"Ayaks”ın müdafiəçisi Serjinyo Dest karyerasını "Barselona”da davam etdirəcək.

Sport7.az xəbər verir ki, 20 yaşlı futbolçu keçidin reallaşması üçün Barselona şəhərinə yollanıb.

ABŞ millisinin üzvü artıq yerli xəstəxanaların birində tibbi müayinədən keçib. Destin La Liqa klubu ilə gün ərzində rəsmi müqaviləyə qol çəkməsi gözlənilir. Bu keçid "Ayaks”a 20 milyon avro qazandırıb. Amsterdamlılar daha 5 milyon avronu bonus kimi əldə edə bilərlər. Sağ cinah oyunçusu yeni komandası ilə 5 illik saziş imzalayacaq.

Dest "Barselona”da Ronal Kumanın baş məşqçi postuna təyinatından sonra ilk transferdir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR