"Barselona" azarkeşləri stadiona buraxılmayacaq

"Atletiko” gözlənilməz addım atıb.
 
Sport7.az xəbər verir ki, Madrid təmsilçisi "Barselona” ilə matçda qonaq komandanın azarkeşlərini stadiona buraxmamaq qərarı alıb.
 
Belə ki, La Liqanın 8-ci turunda "Barselona”nı qəbul edəcək "Atletiko”da kataloniyalı fanatların "Vanda Metropolitano” stadionuna girişinə qadağa qoyulub. Klub bilet almaq üçün müraciət edən "Barsa” azarkeşlərinin istəyini geri çevirib. Qərarın səbəbi kimi arenadakı logistik problem göstərilib. Lakin bunun Kataloniyadakı referendumla əlaqəli olduğu güman edilir.
 
"Atletiko” – "Barselona” qarşılaşması oktyabrın 14-də keçiriləcək.
 
Sport7.az

Xəbər lenti