Gecənin matçında 10 qol - YENİLƏNDİ

Gecənin matçında 10 qol - YENİLƏNDİ

Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinin növbəti oyunu keçirilib.

Sport7.az xəbər verir ki, yarımfinal uğrunda bu dəfə "Barselona" və "Bavariya" meydana çıxıb. Portuqaliyanın paytaxtı Lissabondakı "Eştadiu da Luş" stadionunda baş tutan gərgin və maraqlı qarşılaşmada 10 qol vurulub. "Bavariya" katalon klubunun qapısından 8 qol keçirib. "Barsa" isə bu qollardan yalnız 2-nin əvəzini çıxıb. 

Beləliklə "Bavariya" yarımfinalda "Mançester Siti" (İngiltərə) – "Lion" (Fransa) duelinin ən güclüsü ilə qarşılaşacaq.
 
Digər görüş isə Fransa çempionu PSJ ilə Almaniya Bundesliqasının təmsilçisi "Leypsiq" arasında keçiriləcək.

13 avqust

Çempionlar Liqası, 1/4 final

23:00. "Braselona” (İspaniya) – "Bavariya” (Almaniya) 2:8
(Tomas Müller, 4, 31, David Alaba, 7-ö.q., İvan Perişiç, 22, Serj Qnabri, 28, Luis Suarez, 57, Cosua Kimmix, 63, Robert Levandovski, 82, Filip Koutinyo, 85, 89) 

Portuqaliya, Lissabon. "Eştadiu da Luş” stadionu
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR