"Barselona" bu futbolçu ilə danışıqları bərpa etdi

"Barselona” "Lion”un hücumçusu Memfis Depayın transferində israrını davam etdirir.

Sport7.az xəbər verir ki, bir müddət əvvəl danışıqları donduran İspaniya təmsilçisi yenidən qarşı tərəfin qapısını döyüb.

Fransızlar La Liqa klubunun 30 milyon avroluq təklifindən imtina etsələr də, "Barselona” məbləği artırmağı düşünmür. Onlar Depayın müqavilə müddətinin gələn ilin yayına qədər olduğunu əsas gətirərək, keçidin reallaşacağına ümid edir.

"Barselona” Depayla şəxsi müqavilənin detallarını razılaşdırıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR