"Barselona" El Klasikonun baş hakimindən şikayət etdi

"Barselona" La Liqanın 7-ci turunun "Real"la matçının hakimliyindən narazı qalıb.

Sport7.az xəbər verir ki, Kataloniya təmsilçisi El-Klasikonu idarə edən Xuan Martines Munueradan federasiyaya şikayət edib. Klub rəhbərliyinin fikrincə, VAR-a baxdıqdan sonra Kleman Lanqlenin rəqib müdafiəçi Serxio Ramosa qarşı hərəkətininin penalti kimi dəyərləndirən referi yanlış qərar verib.

Federasiya baş hakimin ünvanına sərt ifadələr işlədən "Barselona"nın baş məşqçisi Ronald Kumana 12 oyunluq cəza verilə biləcəyini də açıqlayıb.

"Nou-Kamp"da baş tutan El-Klasiko "Real Madrid"in 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR