"Barselona" futbolçusuna görə alman klubuna 5 milyon avro ödədi

"Barselona" Usman Demele üçün Almaniyanın "Borussiya" (Dortmund) klubuna əlavə 5 milyon avro ödəyib.

Sport7.az xəbər verir ki, Kataloniya təmsilçisinin 23 yaşlı hücumçu üçün qarşı tərəfə ödədiyi məbləğ 130 milyon avronu keçib. Klublar arasındakı razılaşmaya əsasən, "Barselona" Dembelenin 25, 50, 75 və 100-cü rəsmi oyununa görə Dortmund klubuna 5 milyon avro ödəməlidir.

Eyni zamanda, razılaşmada alman klubunun lehinə müxtəlif bonus ödənişləri təyin edilib.

2017-ci ildə 105 milyon avro qarşılığında "Barselona"ya keçən Usman Dembele bu vaxta qədər 83 matçda 22 qol vurub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR