"Barselona" futbolçusunun qiymətini açıqladı

"Barselona" hücumçusu Ansu Fatinin əsas komandanın futbolçusu olduğunu açıqlayıb.

Sport7.az xəbər verir ki,  bu barədə klubun rəsmi saytında yer alıb. Gənc hücumçunun təzminat qiymətinin 170 milyon avrodan 400 milyon avroya qaldırıldığı bildirilib. Onun forma nömrəsi də dəyişib.
 
17 yaşlı oyunçu dünən "İnter"ə keçən Arturo Vidala məxsus 22 nömrəli forma ilə çıxış edəcək.

Fatinin "Barselona" ilə müqaviləsi 2022-ci ilin yayında başa çatır. O, əsas komandada ötən ilin avqustunda debüt edib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR