"Barselona" hücumçu axtarır

"Barselona" qış "transfer pəncərəsi"ndə hücumçu transfer etmək istəyir.

Luis Suaresin sıradan çıxması "Barselona"nı buna məcbur edib. Bu gün baş məşqçi Kike Setyen ilə direktorlar - Erik Abidal və Ramon Planes arasında görüş keçiriləcək.

"Barselona"nın əsas transfer hədəfi Lautaro Martinesi qışda transfer etməsi mümkünsüz görünür. Bu səbəbdən klubun qarşısında üç variant var: indi yüksək səviyyəli hücumçu almaq və Martineslə bağlı planları təxirə salmaq, icarə variantına üstünlük verən top-hücumçu tapmaq, bu iki plan baş tutmayacağı təqdirdə isə mövsümün sonuna kimi "9 nömrə"siz yola davam etmək.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR