"Barselona" Jordi Albanın alternativini Almaniyada tapıb

Dortmund "Borussiya"sının sol cinah müdafiəçisi Rafael Qerreyru "Barselona"ya keçə bilər.

Katalon klubunun rəhbərliyi Jordi Alba ilə rəqabət apara biləcək futbolçu axtarışındadı. "Diario Sport"un məlumatına görə, bu baxımdan "Barselona"nın prioriteti Qerreyrudu.

25 yaşlı oyunçu "Borussiya" ilə müqavilə yeniləmək niyyətində deyil. "Barselona" artıq onun transferi ilə bağlı danışıqlara başlayıb. Dortmund klubu Qerreyru qarşılığında minimum 25 milyon avro tələb edir.

Qeyd edək ki, Rafal Qerreyru ilə yanaşı, "Barsa"nın siyahısında Filipe Luis, Alberto Moreno və David Alaba kimi futbolçuların adları var.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR