"Barselona" və "Liverpul" 1/4 finalda

Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub.

"Barselona" "Kamp Nou"da "Lion"u qəbul edib. İlk görüşdə komandalar qolsuz bərabərliyə razı olmuşdular. Gözlənildiyi kimi, matç ev sahiblərinin üstünlüyü şəraitində keçib. Messinin dublu, Koutinyo, Pike və Dembelenin qolları sayəsində 5:1 hesablı qələbə qazanan "Barselona" mərhələ adlayıb.

Gecənin digər matçında "Bavariya" "Liverpul"la münasibətlərinə aydınlıq gətirib. İngiltərədə oynanılan görüşdə hesab açılmamışdı. Qarşılaşmada hesabı "Liverpul" açıb. Sadio Mane fərqlənib. Çox keçmədən Joel Matio avtoqol müəllifi olub. Lakin ikinci hissədə "Liverpul" cütün taleyinə nöqtə qoya bilib. Əvvəlcə Van Deyk qapıya yol tapıb, ardınca Mane dublunu rəsmiləşdirib. Beləliklə, iki oyunun ümumi nəticəsinə görə, "Bavariya"nı 3:1 üstələyən Mersisayd təmsilçisi 1/4 finala yüksəlib.


Çempionlar Liqası

1/8 final (cavab görüşləri)

"Barselona" (İspaniya) - "Lion" (Fransa) - 5:1
 
Qollar: Messi (18, 78-pen.), Koutinyo (31), Pike (81), Dembele (86) - Tuzar (58)

Baş hakim: Şimon Marçinyak (Rumıniya)

"Kamp Nou", Barselona

İlk görüş - 0:0


"Bavariya" (Almaniya) - "Liverpul" (İngiltərə) - 1:3
 
Qollar: Matip (39-avtoqol) - Mane (26, 84), Van Deyk (69)

Baş hakim: Daniele Orsato (İtaliya)

"Münhen Arena", Münhen

İlk görüş - 0:0


Sport7.az

Xəbər lenti