"Barselona" və "Ayaks" yarımfinalda

Çempionlar Liqasında 1/4 finalın cavab oyunlarına start verilib.

"Barselona" "Mançester Yunayted"i qəbul edib. Katalonlar səfərdə rəqibini 1:0 hesabı ilə məğlub etmişdilər.
 
Görüş ev sahiblərinin üstünlüyü şəraitində keçib. Nəticədə "Barselona" Messinin dublu və Koutinyonun qolu sayəsində 3:0 hesabı ilə qələbə qazanaraq yarımfinala yüksəlib.

"Yuventus" və "Ayaks" Turində münasibətlərinə aydınlıq gətiriblər. Komandalar arasındakı ilk oyun 1:1 hesabı ilə yekunlaşmışdı.
 
Hesab 28-ci dəqiqədə açılıb. "Yuventus"un heyətində Kriştianu Ronaldu fərqlənib. Lakin "Ayaks" matçın gedişində geri dönüş edə bilib. Van de Bek və de Lixtin qolları sayəsində Hollandiya təmsilçisi rəqibini 2:1 hesabı ilə məğlub edərək adını son dörd klub sırasına yazdırıb.


Çempionlar Liqası

1/4 final (cavab görüşləri)

"Barselona" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə) - 3:0
 
Qollar: Messi (16, 20), Koutinyo (61)

Baş hakim: Feliks Brıx (Almaniya)

"Kamp Nou", Barselona

İlk görüş -  1:0


"Yuventus" (İtaliya) - "Ayaks" (Hollandiya) - 1:2
 
Qollar: Ronaldu (28) - De Bek (34), De Lixt (67)

Baş hakim: Kleman Türpen (Fransa)

"Yuventus Stedium", Turin

İlk görüş - 1:1


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR