"Barselona" Martin Breytueyti transfer edir

"Barselona" "Leqanes"in hücumçusu Martin Breytueyti heyətinə qatmağı planlaşdırır.

"Cadena Cope"nin xəbərinə görə, "Barselona" bu həftə Breytueytin sərbəstqalma məbləği olan 20 milyon avronu ödəyərək onu transfer edəcək.

Qeyd edək ki, Luis Suares və Usman Dembelenin uzun müddətə sıradan çıxması səbəbindən katalon klubuna transfer icazəsi verilib. "Barsa"nın bunun üçün 15 gün vaxtı var.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR