"Barselona" mənim sonuncu komandam olacaq"

"Barselona"nın müdafiəçisi Jerar Pike "El Mundo Deportivo"ya açıqlamasında komandadan ayrılmaq niyyətində olmadığını bildirib:

"Barselona" mənim sonuncu komandam olacaq. Başqa klubda çıxış etmək niyyətim yoxdu, çünki həyatım boyunca "kule" ("Barselona" azarkeşi - Sport7.az) olmuşam.

"Barsa"da oynamaq ən böyük xəyalım idi. Uşaq yaşlarımda bir xəyalım var idi: "Barselona" formasını bir gün əynimə keçirmək. Özümü güclü və oynamağa hazır hiss etdiyim müddətcə klubun formasını geyməyə davam edəcəm. Gücüm tükənəndə isə futbolla vidalaşacam".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR