"Barselona" Messinin müqaviləsini 2023-cü ilə kimi uzatmaq istəyir

"Barselona" rəhbərliyi Lionel Messi ilə yeni müqavilə imzalamaq niyyətindədi.

2021-ci ildə "Barselona"da növbəti prezident seçkiləri keçiriləcək. Katalon klubu rəhbərlik edən şəxsin kimliyindən asılı olmayaraq, Messinin komandadakı gələcəyini qarantiya altına almaq istəyir.
 
Yeni sazişin 2023-cü ilə kimi nəzərdə tutulacağı və 2019-2020 mövsümündə imzalanacağı bildirilir.

Argentinalının hazırkı sazişi 2021-ci ilin yayında bitir. Messinin sərbəst qalma məbləği 700 milyon avro təşkil edir.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR