"Barselona" Messiyə 10 illik müqavilə təklif etməyi planlaşdırır

"Barselona" Lionel Messinin müqaviləsini yeniləmək niyyətindədi.

"Barselona" rəhbərliyi Messinin sazişini minimum 2022-ci ilin yayına kimi uzatmaq istəyir. Katalon klubu ən qısa müddət ərzində bu məsələni həll etməyi planlaşdırır. Leonun təmsilçiləri isə hələlik danışıqlara başlamayıblar.

"Caden SER"-in xəbərinə görə, "Barselona" argentinalı futbolçuya 10 illik müqavilə təklif etmək fikrinə düşüb. "Blauqrana" rəsmiləri Messinin karyerasını bitirdikdən sonra da klubda çalışmasının tərəfdarıdılar.

Qeyd edək ki, 32 yaşlı hücumçunun "Barselona" ilə olan müqaviləsi 2021-ci ildə başa çatır.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR