"Barselona" Messiyə görə apellyasiya şikayəti verəcək

"Barselona" Messinin 2 oyunluq diskvalifikasiya qərarı ilə barışmaq fikrində deyil.

Sport7.az xəbər verir ki, klub bu haqda rəsmi saytı vasitəsilə məlumat yayıb. Kataloniya təmsilçisi argentinalı hücumçunun cəzası ilə bağlı apellyasiya şikayəti verəcəyini bildirib.

35 yaşlı forvard İspaniya superkubokunun finalında "Atletik"in oyunçusu Asyer Vilyalibreni vurduğu üçün qarşılaşmanın bitməsinə bir dəqiqə qalmış meydandan qovulub. Ulduz futbolçu klub karyerasında ilk dəfə qırmızı vərəqə ilə cəzalandırılıb. "Atletik" görüşün əlavə vaxtında "Barselona"ya 3:2 hesabı ilə qalib gəlib.

Messi kubokda "Kornella" və La Liqada "Elçe" ilə matçları buraxacaq. Qarşılaşmalar müvafiq olaraq yanvarın 21-də və 24-də gerçəkləşəcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR