"Barselona" Neymara görə Koutinyo və Dembeledən imtina etməyə hazırdı

"Barselona" PSJ-nin hücumçusu Neymarı transfer etmək üçün çalışmalarını davam etdirir.

"As" nəşrinin xəbərinə görə, "Barselona" Neymara görə PSJ-yə Usman Dembele və Filippe Kountinyonu təklif edib. Sözügedən iki oyunçu ilə yanaşı, katalon klubu əlavə 40 milyon avro da ödəməyə hazırdı.

Təklifin PSJ-nin prezidenti Nasser Əl-Helayfinin ürəyincə olmadığı bildirilir. O, keçidi minimum 222 milyon avro dəyərində qiymətləndirir.

Qeyd edək ki, PSJ 2017-ci ilin yayında 222 milyon avro ödəyərək braziliyalı futbolçunu heyətinə qatmışdı.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR