"Barselona" Neymara görə PSJ-yə 100 milyon avro və Koutinyonu təklif edib

"Barselona" PSJ-nin hücumçusu Neymarın xidmətində maraqlıdı.

"Diario Sport"un məlumatına görə, katalon klubu braziliyalının transferi ilə bağlı təklif irəli sürüb. "Barselona" Neymar qarşılığında 100 milyon avro ödəməklə yanaşı, Koutinyonu da PSJ-yə göndərməyə hazırdı.

Rəhbərliklər arasında münasibətlərin qaydasında olmaması səbəbindən klublar vasitəçilərin köməkliyilə əlaqə saxlayırlar. Söhbət agentlər - Pini Zahavi və Kia Curabçandan gedir. Danışıqların gözləniləndən daha yaxşı getdiyi bildirilir.

Son xəbərlərə görə, Koutinyo karyerasını PSJ-də davam etdirmək niyyətindədi.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR