"Barselona" "Nou Kamp"ı satır - Messiyə görə

Messi hələ ki, "Barselona" ilə yeni müqavilə imzalamağa tələsmir.

Sport7.az xəbər verir ki, kataloniya mətbuatı yeni müqaviləyə əsasən futbolçu 95 milyon avro imza parası alacaq. İllik maaşı da 24 milyondan 29-a yüksəldiləcək. Bununla da Messinin yeni müqaviləsi kluba 200 milyon avroya başa gələcək.

Üstəlik yeni müqavilədə "Mançester Siti"ni Messi üçün vermək istədiyi 400 milyon avrodan daha çox sərbəst qalma qiyməti yer alacaq. 

"Barselona" illik maaşları ödəmək üçün 135 milyon avro ayırıb. Amma Messini yeni müqaviləsindən sonra daha yüksək gəlir əldə etmək lazım olacaq. Klub da bu səbəbdən forma istehsal edən sponsoru ilə yeni anlaşma imzalamağı planlaşdırır. Amma bu da kifayət etməyəcək.

Argentinalı superulduzun maliyyəçisi "Yeni Nou Camp" olacaq. 2018-ci ildə yenidənqurma işlərinə başlanılacaq stadionda çalışmalar 2022-ci ildə tamamlanacaq və azarkeş tutumu 105 min nəfərə qədər yüksəldiləcək. Amma stadionun adı indidən satışa çıxarılıb. "Barselona" ABŞ-lı idman şirkəti olan Van Vaqnerlə stadionun ad haqqının satışı üçün anlaşıb. "Nou Kamp"ın ad haqqından gələn gəlir isə 200 milyon avro olacaq.

Sport7.az

Xəbər lenti