"Barselona" Qrizmannın transferinə görə cəzalanacaq

"Barselona" mart ayında Antuan Qrizmannla danışıqlara başladığına görə cəzalana bilər.

İspaniya Futbol Federasiyasının məlumatında, sanksiya variantlarından birinin "Barselona"nın biroyunluq ev matçını "Kamp Nou"da boş tribunalar önündə keçirməsi ilə əlaqədar olduğu qeyd edilib. Lakin bu təklif komitə üzvlərinin əksəriyyəti tərəfindən dəstəklənməyib.

Digər variantda isə "Barselona" 300 avro cərimə ödəməli olacaq. İspaniya Futbol Federasiyasının İntizam Komitəsi bu tip məsələlərə görə minimal cəzalar tətbiq etməyi uyğun hesab edir.

Yekun qərarın növbəti həftə veriləcəyi gözlənilir.

"Atletiko"nun iddiasına görə, "Barselona" Qrizmannla danışıqlara bu ilin mart ayında başlayıb. O zaman fransız hücumçunun sərbəstqalma dəyəri 200 milyon avro təşkil edirdi. Lakin katalon klubu 1 iyuldan sonra, yəni təzminat məbləği 120 milyon avro olduqdan sonra "Atletiko"ya rəsmi təklif göndərmişdi.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR