"Barselona" Qrizmannın transferinə görə əməkdaşlarının maaşlarını gecikdirib

"Barselona"da işçilərin iyun ayı üzrə əmək haqlarının verilməsi prosesində 3 gün gecikmə olub.

"As" nəşrinin məlumatına görə, maliyyə qeyri-müəyyənliyi "Atletiko"nun hücumçusu Antuan Qrizmannın transfer məsələsi ilə birbaşa əlaqədardı. "Barselona" rəhbərliyi fransız forvardın sərbəst qalma məbləği - 120 milyon avronu bu gün ödəməyi planlaşdırırdı.

"Barselona" əməliyyatın təminatçısı funksiyasını yerinə yetirəcək banklarla anlaşa bilmir. Digər tərəfdən, katalon klubu 120 milyon avronu hissə-hissə ödəmək istəsə də, "Atletiko" razılıq vermir.

2018-19 mövsümündə 60 matçda meydana çıxan Qrizmannın aktivində 27 qol, 10 məhsuldar ötürmə var.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR