"Barselona" Qrizmannla kifayətlənmək niyyətində deyil

"Barselona"nın mövsümlərarası fasilədəki əsas transfer hədəfləri bəlli olub.

"El Mundo Deportivo"nun məlumatına görə, katalon klubu "Ayaks"ın müdafiəçisi Matteys de Lixt və "Atletiko"nun forvardı Antuan Qrizmannla yanaşı, təcrübəli sol cinah müdafiəçisi və mərkəz hücumçusu axtarışındadı.

Qrizmann "9 nömrə" kimi oynamaq bacarığına sahib olsa da, "Barselona" rəhbərliyi Luis Suaresin əvəzləyicisini tapmaq üçün cəhdlərini davam etdirir.

Rodriqo ("Valensiya") və Aleksandr Lyakazettin ("Arsenal") "blauqrana"nın "radar"ında olduğu bildirilir.

Qeyd edək ki, "Barselona" artıq heyətini "Ayaks"ın yarımmüdafiəçisi Frenki de Yonqla gücləndirib.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR