"Barselona" - "Real" oyunu Las-Veqasda keçirilə bilər

Yayda ABŞ turu çərçivəsində keçirilməsi planlaşdırılan "El Klasiko" Las-Veqasdakı yeni NFL stadionunda oynanıla bilər. Bu barədə "Washington Post" məlumat yayıb.

Belə olacağı təqdirdə, "Barselona" - "Real" oyunu "Allegiant" arenasının ev sahibliyi etdiyi ilk idman müsabiqəsi kimi tarixə düşəcək. Sözügedən stadionunun tikintisi 1,9 milyard dollara başa gəlib.

Təşkilatçılar Los-Ancelesdəki "SoFi Stedium"u da nəzərdən keçirirlər.

Qeyd edək ki, "Barselona" - "Real" oyunu hər il Avropanın top-klubların yeni mövsüm hazırlıqları çərçivəsində iştirak etdikləri Beynəlxalq Çempionlar Kubokunun təqviminə daxil edilib.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR