"Barselona" - "Real" oyununun tarixi dəyişdirilə bilər

Kataloniyada siyasi vəziyyətin gərginləşməsi səbəbindən La Liqanın 10-cu turu çərçivəsində, oktyabrın 26-da oynanılmalı olan "El Klasiko" təxirə salına bilər.

"Marca"nın xəbərinə görə, "Barselona" - "Real" oyununun dekabrın 18-inə keçirilməsi gündəmdədi.

Daha əvvəl matçın Madriddə oynanılması təklif olunsa da, hər iki klubdan rədd cavabı gəlmişdi. Digər tərəfdən, İspaniya Futbol Federasiyası və La Liqa rəhbərliyi görüşün belə bir ərəfədə keçirilməsinə qarşı çıxırlar.

Məsələ ilə bağlı yekun qərarın bazar ertəsinə kimi qəbul ediləcəyi gözlənilir.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR