"Barselona" rəsmiləri Fransaya yola düşür - Neymara görə

"Barselona" rəsmiləri Neymarın transferini həll etmək üçün bu gün Fransaya yola düşəcəklər. Bu barədə "Sky Sports" məlumat yayıb. 

Daha əvvəl "Barselona"nın braziliyalı forvard qarşılığında PSJ-yə 60-80 milyon avro ilə yanaşı, Filippe Koutinyonu təklif etdiyinə dair xəbərlər yayılmışdı. Katalon klubu Kounu Neymarla barter etmək niyyətində olduğundan, onu "Bavariya"ya icarəyə verməkdən imtina edib.

Neymarın xidmətində maraqlı olan "Real" ona illik 40 milyon avro ödəməyə hazırdı. Lionel Messinin hücumçu ilə əlaqə saxladığı və ondan "Real"a keçməməsini istədiyi bildirilir.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR