"Barselona" transferlərə ən çox pul xərcləyən klubdu - SİYAHI

"Barselona" son 5 illik periodda transfer xərclərinə görə bütün Avropa klublarını qabaqlayır.

Katalon klubu 2014-cü ilin yayından bəri transferlərə ümumilikdə 1,08 milyard avro xərcləyib. "Barselona" bu müddət ərzində satdığı oyunçulardan isə 627 milyon avro gəlir əldə edib.

"Voetbal International"-ın hazırladığı siyahı:

1. "Barselona" - 1,08 milyard avro xərclənib, 627 milyon avro gəlir əldə olunub

2. "Mançester Siti" - 996 milyon avro xərclənib, 280 milyon avro gəlir əldə olunub

3. "Mançester Yunayted" - 890 milyon avro xərclənib, 275 milyon avro gəlir əldə olunub

4. "Çelsi" - 875 milyon avro xərclənib, 723 milyon avro gəlir əldə olunub

5. "Yuventus" - 868 milyon avro xərclənib, 639 milyon avro gəlir əldə olunub

6. "Atletiko" - 800 milyon avro xərclənib, 752 milyon avro gəlir əldə olunub

7. PSJ - 773 milyon avro xərclənib, 356 milyon avro gəlir əldə olunub

8. "Real" - 755 milyon avro xərclənib, 543 milyon avro gəlir əldə olunub

9. "Liverpul" - 714 milyon avro xərclənib, 535 milyon avro gəlir əldə olunub

10. "Roma" - 586 milyon avro xərclənib, 602 milyon avro gəlir əldə olunub


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR