"Barselona" və "Real" Şkrinyar uğrunda mübarizə aparır

"İnter"in müdafiəçisi Milan Şkrinyar karyerasını İspaniyada davam etdirə bilər.

"Corriere dello Sport"un xəbərinə görə, "Barselona" və "Real" Şkrinyarla yaxından maraqlanırlar.

Slovakiyalı futbolçunun müqaviləsində təzminat məbləği göstərilməyib. Daha əvvəl "İnter" Şkrinyarı 60 milyon avroya satmaqdan imtina etmişdi.

İspan nəhənglərinin 24 yaşlı oyunçuya görə qışda təklif göndərəcəyi bildirilir.

Cari mövsümdə Şkrinyar İtaliya A Seriyasında 12 matçda meydana çıxıb və bir qol ötürməsinin müəllifi olub.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR