"Barselona" və "Real"a 3 gün vaxt verildi

La Liqanın 10-cu turu çərçivəsində oktyabrın 26-da keçirilməli olan "Barselona" - "Real" matçı rəsmən təxirə salınıb.

Klublar 21 oktyabr tarixinə kimi "El Klasiko"nun yeni tarixini müəyyənləşdirməlidilər. "Barselona" və "Real" ortaq məxrəcə gələ bilməsələr, o zaman Təşkilat Komitəsi məsələ ilə bağlı qərar qəbul edəcək.

İspaniya Futbol Federasiyası oyunun 18 dekabrda, La Liqa rəhbərliyi isə 7 dekabrda keçirilməsinin tərəfdarıdı.

Qeyd edək ki, Kataloniyada siyasi vəziyyətin gərginləşməsi səbəbindən "El Klasiko" təxirə salınıb.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR