"Barselona"da virus aşkarlanmış futbolçunun kimliyi müəyyənləşdi

"Barselona”da koronavirusa yoluxan futbolçunun adı məlum olub.

Sport7.az xəbər verir ki, bu, Kataloniya təmsilçisinin müdafiəçisi Jan-Kler Todibodur. Bu barədə 20 yaşlı müdafiəçi sosial şəbəkə hesabında məlumat yayıb. Todibo, koronavirus testinin müsbət çıxdığını, amma özünü yaxşı hiss etdiyini bildirib.

Todibonun Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində keçiriləcək "Bavariya” ilə oyun üçün Portuqaliyaya yollanacaq futbolçularla təmasda olmadığı vurğulanıb.

"Barselona” – "Bavariya” oyunu avqustun 14-də keçiriləcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR